Düşməni qorxuya salan general-mayor Mais Bərxudarov kimdir?

Düşməni qorxuya salan general-mayor Mais Bərxudarov kimdir?
  • Cəmiyyət / Manşet

  • "Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

    Bu fikirləri hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov bildirib.

    Asiya.az açıqlaması və şücaəti ilə düşməni qorxuya salan generalımız Mayis Bərxudarovun "wikipedia"da yayımlanan tərcümeyi-halını təqdim edir:

    Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.


    2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

    Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsinin verilməsini ilk dəfə deputat Sahib Alıyev öz şəxsi facebook səhifəsində elan etmişdir: "Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız. Ali Baş Komandan cənab İlham Əliyev, əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mais Bərxudarova dünən general-mayor rütbəsi verdi".

    Mais Bərxudarov haqda daha bir yazı isə bir neçə il öncə miq.az saytında dərc edilib.

    Həmin yazıda qeyd olunur:

    Qubadlıda dünyaya göz açan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

    1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alıb və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edib. Mais Bərxudarov və digər kursantlar generalın sözlərinin dəyərini anlayıblar və öz təhsillərini davam etdiriblər.

    Korpus komandiri tabor komandirinin tankında öndə gedib

    Aprelin əvvəllərində, erməni təxribatının qarşısını almaq üçün başlayan dörgünlük əməliyyatlarda korpus komandiri olmasına baxmayaraq, Mais Bərxudarov əsgərlərə qoşularaq, döyüşdə birbaşa iştirak edib, əsgərlərin önündə savaşa girib. Generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb...

    Ulu Öndəri təəccübləndirən kəşfiyyatçı

    Vaxtilə olmuş bir hadisə isə indi daha da məşhurlaşıb.... Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür.

    Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edirəm.

    Prezidentə təşəkkürünü bildirən zabitimiz Ulu Öndərə deyir:

    "Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur…"

    Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarov bu gün də ön cəbhədə düşmənlə döyüşdədir.

    Tanrı Azərbaycanımızı qorusun.
    PAYLAŞ:

    Oxşar xəbərlər