Azərbaycanlı milyarderdən xalqa çağırış

Azərbaycanlı milyarderdən xalqa çağırış
  • İqtisadiyyat / Manşet

  • Azərbaycan əsilli rusiyalı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov Qarabağda gedən müharibə ilə bağlı xalqa müraciətlə çıxış edib. Habelə Azərbaycana gələrək ordumuza, yaralıların müalicə olunduğu hospitallara yardımların göndərilməsi kampaniyasına başlayıb.

    Asiya.az
    xəbər verir ki, biznesmen özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində bildirir.

    -Əziz həmvətənlər!

    Bütün azərbaycanlıların bir nəfər kimi sıx birləşməsinin və bizim təcavüzkarlar tərəfindən işğal edilən tarixi torpaqlarımızın azad edilməsini başladan Azərbaycanın Ali Baş komandanını, ordunu dəstəkləməsinin vaxtı çatıb.

    Başqasının torpağına gəlib yerləşənlər azərbaycanlılar deyil, qanunsuz işğalı bütün yollarla qanuniləşdirməyə can atan da azərbaycanlılar deyil, onilliklər boyu bir-birinin ardınca danışıqları pozan və beynəlxalq vasitəçilərə məhəl qoymayanlar da azərbaycanlılar deyildi.

    Bizim düşmənlərimiz ermənilər yox, nizamlama prosesini şüurlu şəkildə dalana dirəyən, bütöv nəsilləri nifrət və illüziyalarla yetişdirən avantüristlərdir.

    Mənim bütün düşüncəm, hisslərim və dualarım bu günlərdə haqlı döyüş aparan əsgərlərimiz və zabitlərimizlədir. Ədalət bizim tərəfimizdədir və deməli qələbə də bizim olacaq! (virtualaz.org)
    PAYLAŞ:

    Oxşar xəbərlər