Asiya.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.
O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.