Madagiz ətrafındakı yüksəkliklərin azad edilməsi hansı üstünlükləri qazandırır? - VİDEO

Madagiz ətrafındakı yüksəkliklərin azad edilməsi hansı üstünlükləri qazandırır? - VİDEO
  • Siyasət / Araşdırma / Asiya TV

  • Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatları davam edir. Cəbhədə gərginliyin başladığı vaxtdan düşmənin hərbi birləşmələrini darmadağın edən və ermənilərə göz dağı verməyi bacaran Azərbaycan ordusu bu gecə Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib.

    Bəs bu yüksəkliklərin bizdə olması azərbaycana hansı üstünlükləri qazandırır?

    Asiya.az xəbər verir ki, bu barədə Baku TV-yə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, döyüşlərdə əldə edilən uğurlar və əhəmiyyətli yüksəkliklərin azad olunması həm Azərbaycan əsgərində, həm də insanlarda böyük ruh yüksəkliyi yaradır:

    "Artıq məğlubiyyətinin son akkordlarını yaşayan düşmən geri çəkildikcə öz iyrənc əməllərinin sayını daha da artırır. Ağır artilleriyadan istifadə edərək mülki əhalini atəşə tutur və bununla da insanlar arasında təşviş yaratmağa çalışır. Lakin güclü ordumuz tərəfindən düşmənin bu cəhdlərinin də qarşısı uğurla alınır.

    Döyüşlərdə əldə edilən uğurlar və əhəmiyyətli yüksəkliklərin azad olunması həm Azərbaycan əsgərində, həm də insanlarda böyük ruh yüksəkliyi yaradır. Hər an qələbə xəbəri paylaşmaq arzusuyla…

    PAYLAŞ:

    Oxşar xəbərlər