Asiya.az “Natural News” portalına istinadla xəbər verir ki, bu növ paxlalılar ürək-damar sisteminin vəziyyəti üçün daha faydalıdır – belə qarnirin sayəsində o xolesterinin və şəkərin artıqlarından daha səmərəli azad edilir.
Mərcinin tərkibinə çox miqdarda fol turşusu, bitki zülalı, sellüloz daxildir - bu kompleks xolesterinin səviyyəsinin azalması proseslərini aktivləşdirir.
Bundan əlavə, mərcinin tərkibində zülal və lif çoxdur - bu, həzmi ləngidir və bununla birlikdə şəkərin sərbəst buraxılmasına mane olur. Bu qarnirin qəbul edilməsi qanda qlükozanı yüzdə 35-ə qədər endirə bilər.
Qanda çox yüksək miqdarda şəkər və xolesterinin olması, 2-ci tip diabet, ateroskleroz, infarkt, insult inkişafı da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər. Bununla belə, göstəricilər kritik dəyərlərə çatmayana qədər pozuntular heç bir şəkildə özünü göstərməyə bilər.