Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR

Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
  • Sosial / Araşdırma

  • Masallı rayonunda fəaliyyət göstərən bir qrup sahibkar cəbhə bölgəsində döyüşən rayon könüllülərinin ailələrinə sovqat aparıblar.

    Asiya.az
    xəbər verir ki, ölkənin çətin günlərində hər zaman birlik nümayiş etdirən Masallı sahibkarları bir neçə gün öncə döyüş bölgəsində xidmət aparan döyüşçülərə sovqat göndərib, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna öz ianələrin etmişdilər.

    Bu gün isə onlar daha möhtəşəm bir işə imza atıblar.

    Beləki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan ediləndən bəri könüllü olaraq döyüş bölgəsinə gedən rayon sakinlərinin ailələrinə ərzaq sovqatı apararaq, övladları cəbhədə olduğu müddət ərzində hər zaman onların yanında olacaqlarını bəyan ediblər.

    Əsgər və zabit ailəsi üçün nəzərdə tutulan bağlamalarda gündəlik istifadə üçün vacib olan ərzaq və qeyri ərzaq çeşidləri vardır.

    Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
    Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
    Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
    Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
    Masallıda əsgər ailələrinə sovqat paylandı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər