Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR

Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
  • Cəmiyyət / Manşet

  • Parlamentə bu il deputat seçilməsinə baxmayaraq ən fəal millət vəkillərindən olan Məşhur Məmmədovun doğum günüdür.

    Ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə o, biznes sahəsində parlaq simalardan biriydi. Azərbaycan iqtisadiyyatının güclənməsində xüsusi yeri olan Məşhur Məmmədov Azərbaycan istehsalı olan mebellərin dünya bazarında tanınmasında böyük xidmətləri olub.

    Məşhur Məmmədov Millət vəkili olduqdan sonra da ictimai-siyasi fəaliyyəti ilə yanaşı hər zaman xalqın, seçicilərinin yanında olaraq, onların sosial problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.
    Xüsusəndə Karonavirus pandemiyası tuğyan etdiyi vaxtlarda öz fəallığı ilə seçilən millət vəkillərindən olub.

    Tanrı tərəfindən onun fəaliyyətinə darda olan, yardıma möhtac qalan insanlara əl uzatmaq kimi bir missiya düşüb və uzun illərdir ki, Məşhur Məmmədov xeyriyyəçilik missiyasını çiynində daşıyır.

    Asiya.az xəbər verir ki, Məşhur Şahbaz oğlu Məmmədov 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olub.
    8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı Kimya-Biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil alıb. Təhsil aldığı müddətdə o vaxtki qaydalara uyğun olaraq Rusiyanın Kirov vilayətində hərbi xidmətdə olub, daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçərək leytenant rütbəsi alıb. Ehtiyatda olan zabitdir.
    Ailəlidir. 2 oğlu, 2 qızı, 4 nəvəsi var.

    "Asiya.az" xəbər portalının kollektivi olaraq ictimai xadim, xeyriyyəçi vətəndaş, əsil millət vəkilini doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür arzulayırıq.

    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    Məşhur Məmmədov üçün özəl gün – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər