SUQOVUŞAN ZƏFƏRİNİN YAŞATDIQLARI

SUQOVUŞAN ZƏFƏRİNİN YAŞATDIQLARI
  • Siyasət

  • Suqovuşan! – Artıq burada yalnız su qovuşmur! – Ömür ömürə qovuşur, qan qana qovuşur, torpaq torpağa qovuşur Suqovuşanda!

    Suqovuşan öz doğma ruhuna, doğma sakinlərinə qovuşur! Bu gözəldən gözəl qovuşmanı, tarixi görüşməni yaşadığımız üçün çox xoşbətxik! Bu xoşbəxtliyi bizə yaşadan ordumuza, dövlətimizə və dövlət başçımıza minnətdarıq! Dünən gecə Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi: öncə, Suqovuşan, ardınca da, Talış (Tərtər), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycuq (Cəbrayıl), Aşağı Əbdürrəhmanlı (Füzuli) kəndləri! Öncəbhədə yeni çatışmaların başladığı 27 sentyabrda isə Müdafiə naziri Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandana azad olunan ilk yaşayış məntəqələrimiz və starteji önəm daşıyan yüksəkliklər barədə məlumat vermişdi.

    Beləliklə, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımıza, 1 həftədən də qısa müddət ərzində başlatdığımı zəfər yürüyüşü uğurla davam edir!

    Bugünsə cənab Ali Baş Komandanımız, mələk adlı Cəbrayıl şəhərimizin azad edildiyini duyurdu! Bu həm dünənki qurtuluşların parlaq davamı, həm də, hadisələrin mümkün inkişaf tempini, hər açılan sabaha sarsılmaz inamımızı təcalla etdirir! Təlaş içində sağa-sola saldırgan düşmən, bugün Gəncəyə, Beyləqana raket atmaqla düşdüyü girdabı göstərmiş oldu! - Öz qanlı əməlində boğulmaq yolunu, daha doğrusu, yolsuzluğunu bir özünə təmin etmiş oldu! Öz Ali Baş Komandanına, öz dövlətinə, ordusuna inan xalqın fərdləri, heç də hər ölkədə, hər xalqda rastlanmayan böyük coşğu ilə qələbənin təminində öz töhfəsini verməkçün can atır. Suqovuşan və digər azad edilən ərazilərimizin, özəlliklə Arazboyu, Xudafərinli Cəbrayılın strateji önəmi barədə hərbçilərimizin, ekspertlərin rəyləri ilə tanış olduqca, təkzibedilməz şəkildə görünür ki, “hüququndan keçən əsgər”lərimiz tarix yazır!

    Ələ keçirilən düşmən döyüş bayraqları, çoxsaylı silah-sursat, hərbi texnika göstərir ki, düşmən öz hərbçi namusunu hifz etmək iqtidarında deyil....
    PAYLAŞ:

    Oxşar xəbərlər