“Könüllü olaraq döyüşmək üçün müraciət etmişəm...” – Muğam ifaçısı

“Könüllü olaraq döyüşmək üçün müraciət etmişəm...” – Muğam ifaçısı
  • Mədəniyyət

  • "Çox sevincliyəm. Nəinki Füzuli, bayrağımız Şuşada, bütün Qarabağ torpaqlarında dalğalanana qədər mübarizəmiz davam edəcək”.

    Asiya.az xəbər verir ki, bunu Sfera.az-a əslən Füzuli rayonundan olan muğam ifaçısı Eldəniz Məmmədov deyib.

    Xanəndə bildirib ki, yalnız onun anadan olduğu Füzuli deyil, bütün Qarabağ işğaldan azad olunmalıdır:

    "Rayonumuzun bir çox kəndləri işğaldan azad edilsə də, hələ mənim anadan olduğum Fərdərli kəndi alınmayıb. Hazırda Füzuli rayonu və digər kəndlər uğrunda qızğın döyüşlər gedir. Tək Füzuli deyil bütün Qarabağ azad olunmalıdır.


    Hamı kimi məndə əsgərəm. Müharibədə iştirak etmək üçün könüllü olaraq müraciət etsəm də, qəbul edilmədim. Ümumi səfərbərlik elan ediləndə bizi də çağıracaqlar. O zaman mən də vətənə olan borcumu ödəyəcəm. Hər dəqiqə müharibəyə getmək üçün hazıram. Nə vaxt çağırsalar gedib xidmət edəcəm”.

    Eldəniz Məmmədov əlavə edib ki, çox ağır bir missiyanı üzərinə götürmüş dövlətimizin zəfər qazanacağına tam əmindir: "Füzuli ilə yanaşı bütün işğal altında olan torpaqlarımız işğaldan azad ediləcək. O günü səbirsizliklə gözləyirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər