Ermənistan “İsgəndər” raketini işə salacaqsa, onu havada bu silahla vuracağıq – POLKOVNİKDƏN AÇIQLAMA

Ermənistan “İsgəndər” raketini işə salacaqsa, onu havada bu silahla vuracağıq – POLKOVNİKDƏN AÇIQLAMA
  • Siyasət / Manşet

  • "Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin istifadəsində "İsgəndər” raketlərini havada məhv etməyə qadir müasir silahlar var”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında düşmən tərəfindən "İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı təqdirdə Azərbaycanın onları zərərsizləşdirmək üçün hansı hərbi komplekslərə malik olması barədə sualı cavablandırarkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.

    Onun sözlərinə görə, "POLONEZ”lər düşməni zərərsizləşdirməkdə mühüm rol oynayır:

    "Azərbaycan bildiyiniz kimi, Belarusdan "POLONEZ” tipli raketlər alıb. Bu komplekslər yüksək dəqiqliyilə seçilən və güclü dağıdıcı qüvvəyə malik olan raketlərdir. "POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin zərərvurma radiusu 80 metrdir.

    Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq gücündədir.

    Digər tərəfdən, hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin istifadəsində "İsgəndər” raketlərini havada məhv etməyə qadir müasir silahlar var. Yəni, ölkəmiz artıq bunun da alternativinə, özü də ciddi alternativlərə malikdir”.

    Həmsöhbətimiz qeyd etdi ki, Ermənistan tərəfinin ölkəmizi "İsgəndər” raketləri ilə qorxutması yersizdir və onun heç bir real əsası yoxdur:

    "Ermənistanın "İsgəndər” raketlərinin heç bir təhlükəsi yoxdur. O mənada ki, Azərbaycan Ordusu həmin raketləri məhv etmək, neytrallaşdırmaq üçün kifayət qədər cəbhəxanaya, silah-sursata sahibdir. Düşmən tərəfindən "İsgəndər” raketlərilə bağlı hər hansı bir addım atılarsa, Azərbaycan da alternativ addımlarını işə salacaq. Nəticədə ən çox itirən tərəf işğalçı Ermənistan olacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər