Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?

Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?
  • Siyasət / Araşdırma

  • Sentyabrın 28-dən etibarən Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda qismən səfərbərlik elan edilib. Bu müddət ərzində xeyli sayda vətəndaşımız ordu sıralarına cəlb olunub.

    Maraqlıdır, siyasi partiyalardan səfərbərliyə cəlb edilənlər varmı və onların sayı nə qədərdir?

    Asiya.az xəbər verir ki, sfera.az mövzu ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar arasında sorğu keçirib:

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiya üzvlərinin hamısının qeydiyyatdan keçdiyini və çoxunun hazırda orduda olduğunu diqqətə çatdırıb:

    Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?

    "Demək olar ki, üzvlərimizin hamısı səfərbərlik üçün qeydiyyatdan keçmişdi.Onlardan çoxu indi düşmənə qarşı vuruşur. Cəbhədə çox ciddi nailiyyətlər əldə olunur, düşünürəm ki, tezliklə Dağlıq Qarabağ tamamilə azad olunacaq.

    İndiki məqamdan nə iqtidar nə müxalif mövqe sərgiləmək olmaz. Hər kəs Dağlıq Qarabağın azad olunması ideologiyası ətrafında cəm olmalıdır. Bu Vətən müharibəsidir və hər bir vətəndaş bu müharibədə iştirak etməlidir.

    Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı yüzlərlə partiya üzvünün hazırda düşmənə qarşı mübarizə apardığını bildirib:
    Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?

    "Hazırda Müsavat partiyasının orduda xeyli sayda üzvü xidmət edir. Təxminən yüzlərlə gəncimiz cəbhə bölgələrindədir. Azərbaycan döyüş əməliyyatları keçirir və bayrağımız Xankəndidə və Şuşada asılanadək biz partiya olaraq dövlətin yanında olacağıq”.

    "Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadə təmsil etdiyi partiyadan 100-ə yaxın şəxsin cəbhəyə yola düşdüyünü qeyd edib:

    Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?

    "İcra aparatının rəhbərindən tutmuş, sıravi üzvlərə qədər cəbhəyə yola düşənlərin sayı kifayət qədərdir. Təxminən 100-ə yaxın partiya üzvümüz indi düşmənə qarşı döyüşür. Onların arasında Gənclər Təşkilatının sədri də var, rayon təşkilatı sədrləri də”.


    Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev 7 nəfər partiya üzvünün hazırda ordu sıralarında olduğunu deyib:

    Orduya hansı siyasi partiyadan neçə nəfər çağırılıb?

    "Partiya üzvlərindən indiyədək 7 nəfər səfərbərliyə cəlb olunub və ordu sıralarındadır. Bundan sonra da ehtiyac olduğu qədər üzvlərimiz döyüşdə birbaşa iştirak edəcək.

    Belə məqamda Azərbaycanda müxalifət iqtidar anlayışı ola bilməz. Çünki partiyadan, siyasi ideologiyadan aslı olmayaraq vətən hamınındır. Buna görə də indiki məqamda bütün narazılıqlar və s. bir kənara qoyulmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər