Fərhad Əhmədov erməni terrorunun qanlı təşkilatçılarından yazdı – SİYAHI

Fərhad Əhmədov erməni terrorunun qanlı təşkilatçılarından yazdı – SİYAHI
  • Maraqlı / Araşdırma

  • "Dünya üzrə ümumi sayı təxminən 10 milyona çatan və müxtəlif dünya dövlətlərində 12 terror təşkilatı olan bir millət Azərbaycanı terrorizmdə günahlandırır?”


    Asiya.az xəbər verir ki, bu sözlər Azərbaycan əsilli Rusiyalı milyarder, xeyriyyəçi Fərhad Əhmədovun yazısındanıdr. Həmin məqaləni təqdim edirik.

    ***

    50 milyon azərbaycanlının, yəni sayca ermənilərdən 5 qat çox olan bir xalqın bircə terror təşkilatı belə yoxdur, kiçik Ermənistanın isə nə az, nə çox, düz 12 terror təşkilatı var.

    Azərbaycan bir tərəfə, hətta 1,5 milyard əhalisi olan Çinin də terror təşkilatları yoxdur,ermənilər isə 19-cu əsrin sonlarından bəri terrorçu qurumlar yaratmaqla məşğuldur. Ermənilərin dünyanın ən qədim xalqı olması ilə bağlı heç bir məlumatım yoxdur, amma cəsarətlə deyə bilərəm ki, dünyanın ən terrorçu milləti məhz ermənilərdir. Aşağıda ən "əzabkeş” terrorçuların siyahısı verilib.

    1. "Armenakan" partiyası.
    1885-ci ildə yaradılıb. Türkiyənin müxtəlif şəhər və bölgələrində - Van, Muş, Bitlis, Trabzon və İstanbulda terror aktlarının və silahlı toqquşmaların təşkilatçısı olub, İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edib.

    2. "Hnçak” partiyası. 1887-ci ildə Cenevrədə yaradılıb. Qrupun əsas məqsədi "Böyük Ermənistan" dövlətinin yaradılması, "Rus" və "İran" Ermənistanı adlandırdıqları ərazilərin Türkiyənin Anadolu regionu ilə birləşdirilməsi idi. Partiya proqramının 4-cü bəndində deyilir: "Qarşıya qoyulan hədəfə çatmaq üçün təşviqat, terror və dağıdıcı təşkilatlar yaratmaq üsulları seçilməlidir.

    3. "Daşnaksütyun" Ermənistan Federal İnqilab Partiyası. 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas məqsəd Azərbaycan torpaqlarında - Dağlıq Qarabağ və Naxçıvanda, eləcə də Türkiyənin Anadolu ərazisində "Böyük Ermənistan" dövlətinin yaradılmasıdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsd təşkil etmək qərarına gəlir. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "... hər yerdə, istənilən şəraitdə, türkləri, kürdləri, andını pozan xain erməniləri öldür, intiqam al!" bəyanatını verir.

    "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları var: 1973-cü ildə fəaliyyətə başlayan, 1980-82-ci illərdə Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarına qarşı sui-qəsdlər həyata keçirən "Erməni soyqırımının qisasçıları” qrupu, "DRO” adı ilə tanınan gizli terror qrupu və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 bölmələri və s.Daşnakların bu istiqamətdə fəaliyyətləribu gün də davam edir.


    4. "Erməni gizli qurtuluş ordusu" (ASOA) - 1975-ci ildə Beyrutda yaradılıb. Baş qərargahı Dəməşq şəhərində yerləşir. Fələstin bazalarında təlim keçən mindən çox silahlısı var. Sözügedən təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümü ilə nəticələnən terror aktları həyata keçirib.

    5."Ermənistanın Qurtuluşu üçün Erməni Gizli Ordusu" (ASALA). Təşkilatın 1975-ci ildə yaradılan qərargahı Beyrutda, təlim bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran, Naxçıvan və Azərbaycanın Dağlıq Qarabağ bölgələrində "Böyük Ermənistan" ın yaradılmasıdır.

    ASALA əsasən Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal" və "Qara Sentyabr" kimi terror qrupları ilə əməkdaşlığının əsas fiqurlarından biri ASALA lideri Hakob Hakobyan idi. 1980-ci ildə Türkiyənin Afinadakı səfirinin qətlinə görə məsuliyyəti öz üzərinə götürən A. Hakobyan, 01.08.80 tarixində "New York Times” qəzetinə verdiyi müsahibədə demişdi: "Düşmənlərimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".


    1980-ci ilin aprelində ASALA və PKK, ortaq terror aktları həyata keçirməklə bağlı ümumi razılığa gəldilər. Həmin razılaşma Livanda rəsmiləşdirildi. ASALA-nın 28.08.1993-cü il tarixində Beyrut şəhərində yayımladığı bəyanatda təşkilatın "pantürkist neft kəməri" (red. Bakı-Tbilisi-Ceyhan) ilə əlaqəli layihənin həyata keçirilməsinə qarşı çıxmasından bəhs olunur.

    6. "Gegaron".
    ASALA tərəfindən 2001-ci ilin fevralında yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya bölgələrində türk mənşəli siyasi liderlərə, diplomatlara və iş adamlarına qarşı terror aktları həyata keçirməkdir.

    7. "Erməni qurtuluş hərəkatı"
    (ANM).1991-ci ildə Fransada yaradılıb. ASALA ilə sıx əlaqədə terror fəaliyyətini həyata keçirir.

    8. "Erməni qurtuluş cəbhəsi".1979-cu ildə yaradılıb. ASALA təşkilatının ayrılmaz hissəsi hesab olunur. Türkiyə və Azərbaycana qarşı terrorçular hazırlayır.

    9. "Orli qrupu". 1981-ci ildə Fransada yaşayan erməni gənclər tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilə qədər dünyanın müxtəlif hava limanlarında 10-dan çox terror aktı həyata keçirib.

    10."Erməni Soyqırımı Ədalət Komandoları". Daşnaksütyun Partiyasının 1972-ci ildə Vyanada keçirilən qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni mənşəli gənc Livan vətəndaşlarını hərbi birliklərdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror hücumları təşkil etməkdir.

    11. "Erməni birliyi". 1988-ci ildə Moskvada yaradılıb. ASALA təşkilatı ilə sıx əlaqələri var, postsovet məkanında terror aktları törədən terrorçulara saxta sənədlər təqdim edir. Silahların və muzdluların Dağlıq Qarabağa ötürülməsindəiştirak edir.

    12. "Demokratik cəbhə". ABŞ və Kanadada fəaliyyət göstərir. (sfera.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər