Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR

Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı davam edir. Rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın müəyyən hissəsini artıq düşmən işğalından azad edib. Düşmənlə döyüşdə igidlik göstərərək yaralanan, şəhid olan oğullarımızda var.
    Belə igid oğullarımızdan üçü bu gün Masallı rayonuna şəhid olaraq qayıtdı.


    Asiya.az xəbər verir ki, Şəhidləri son mənzilə yola salmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Anar İsgəndərovMəşhur Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli sakinlər, ictimayət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

    Səhər saatlarında şəhid əsgər Təhməzov Şəmsəddin Sərvər oğlu ilə vida mərasimi doğulduğu Güllütəpə kəndində keçirildi. Rayon icra başçısı şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağını onun qardaşı, bir neçə gün öncə döyüş bölgəsində yaralanan Silahlı Qüvvələrin giziri Şəhriyar Təhməzova təqdim edərək deyib:

    “Sərvər kişi, Şəhriyar başınızı dik tutun. Siz mənim nəzərimdə bu ərazinin ən ləyaqətli insanlarından birisiniz. Bir evdən iki qardaş Azərbaycan torpağını, onun şərəfini, ləyaqətini qorumağa, şəhidlərin qisasını almağa gedir. Vətən sizin kimi ailələrlə fəxr edir.”

    Sonra Masallı şəhərində şəhid əsgər Seyfullayev Araz Elsevər oğlu ilə vida mərasimi oldu.

    Günün ikinci yarsı şəhid gizir Bağırov Namiq Nürəddin oğlu ilə vida mərasimi doğulduğu Çaxırlı kəndində keçirildi.
    Şəhid gizirin bir azyaşlı uşağı ondan yadigar qaldı.

    Hər üç şəhid böyük izdihamla “Qarabağ bizimdir, bizim olacaq!”, “Masallı oyaqdır, Qarabağa dayaqdır”, “Şəhidlər ölməz, vətən bölünməz” və sair bu kimi vətənpərvərlik şüarları sədaları altında son mənzilə yola salınıb.

    Cəfər Cəfərov, Asiya.az

    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    Üç şəhid Masallıda dəfn edildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər