Lənkəranda insan alverinə qarşı mübarizə sahəsində seminarlar keçirildi - FOTOLAR

Lənkəranda insan alverinə qarşı mübarizə sahəsində seminarlar keçirildi - FOTOLAR
  • Sosial

  • 08 Oktyabr 2020-ci ildə Lənkəran şəhərində, Lənkəran Gənclər Evində “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili” layihəsinin növbəti seminarları keçirilmişdir.

    Asiya.az
    xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 avqust - 01 noyabr 2020-ci il tarixləri əhatə edir.

    Bu barədə məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, seminarlar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Polis Şöbəsinin texnki-təşkilati dəstəyi ilə, iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir.

    Tədbirdə giriş sözü ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə çıxış edərək bildirmişdir ki bu cür tədbirlər gənclərin maariflənməsində böyük önəm daşıyır və bu gün yaşadığımız tarixi şəraitdə, qazanılmış uğurlarda gənclərin payı böyükdür. Seminarlar zamanı iştirakçılara iştirakçılara insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, potensial risk qrupları, insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar, insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər, miqrant anlayışıları, deportasiya və viza anlayışları, mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilmişdir və iştirakçlarla birgə müzakirələr aparılmışdır.

    Seminarlar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.
    “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.
    Lənkəranda insan alverinə qarşı mübarizə sahəsində seminarlar keçirildi - FOTOLAR
    Lənkəranda insan alverinə qarşı mübarizə sahəsində seminarlar keçirildi - FOTOLAR
    Lənkəranda insan alverinə qarşı mübarizə sahəsində seminarlar keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər