Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazıb- Foto

Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazıb- Foto
  • Dünya

  • Fransanın "Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

    Asiya.az
    xəbər verir ki, məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü- oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.


    "Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun tvitter hesabında paylaşdığı "Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb” deyə paylaşdığı statusa istinad edib.

    Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd olunub. Bildirilib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.

    Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazıb- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər