Bərbərxanada müəllimini qayçı ilə öldürən şagird HAKİM QARŞISINDA

Bərbərxanada müəllimini qayçı ilə öldürən şagird HAKİM QARŞISINDA
  • Hadisə

  • Bərdə rayonunda qətl törətməkdə təqsirli bilinən Raul Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Asiya.az
    xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

    İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 21-nə təiyn olunub.

    Qeyd edək ki, iyunun 22-də saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsi barədə məlumat daxil olub.

    Bərdə rayon Prokurorluğunun verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər