"Qarabağ işğaldan azad edilməlidir" - İranlı general

"Qarabağ işğaldan azad edilməlidir" - İranlı general
  • Dünya

  • Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Qarabağ bu işğaldan azad edilməlidir.

    Asiya.az
    -ın məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının siyasi məsələlər üzrə müavini general Yadulla Cavani deyib.

    Y.Cavaninin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm prinsip ola bilər. Çünki bu qətnamələr Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirir. Halbuki Ermənistan bu əraziləri işğal edib.

    İranlı general Dağlıq Qarabağ münaqişəsinin təxminən 30 ildir davam etdiyini deyib:

    "Tarixi sənədlər də Dağlıq Qarabağın Azərbaycana aid olduğunu əks etdirir. Bölgədə münaqişəyə və ixtilaflara son qoymaq üçün şübhəsiz ki, bu ərazi işğaldan azad edilməlidir”.

    General qeyd edib ki, İran region ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşa bilməz: "Tehran iki tərəfin razılığı əsasında vasitəçi kimi rol oynaya ola bilər".//Trend
    PAYLAŞ:

    Oxşar xəbərlər