Asiya.az Xəzər televiziyaya istinadən xəbər verir ki, hadisə baş verəndə Hüseyn nənəsigildə olub. Bacısı Sevil isə həmin gecə sonuncu dəfə valideynləri ilə birlikdə olub. Sevil ata və anasının ölümünü hələ də qəbul edə bilmir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində Hüseyn və Sevil Əlizadələr, həmçinin körpə Nilay Əliyeva hər iki valideynini itirib. Ümumilikdə isə 10 nəfər ölüb, 34 nəfər yaralanıb.