Azərbaycanda hərbi rütbələr

Azərbaycanda hərbi rütbələr
  • Siyasət / Maraqlı / Araşdırma

  • Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
    Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
    Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

    Asiya.az
    xəbər verir ki, qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.

    Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

    Azərbaycanın Silahlı Qüvvələrində aşağıdakı rütbələr var:

    Quru Qoşunları:
    Gizir
    Baş Gizir
    Kiçik Leytenant
    Leytenant
    Baş Leytenant
    Kapitan
    Mayor
    Polkovnik-Leytenant
    Polkovnik
    General-Mayor
    General-Leytenant
    General-Polkovnik

    Quru qoşunlarına aid hərbi paqonlar bunlardır:

    Azərbaycanda hərbi rütbələr

    Hərbi Hava Qüvvələri:
    Gizir
    Baş Gizir
    Kiçik Leytenant
    Leytenant
    Baş Leytenant
    Kapitan
    Mayor
    Polkovnik-Leytenant
    Polkovnik
    General-Mayor
    General-Leytenant
    General-Polkovnik

    Hərbi Hava Qüvvələrinə aid hərbi paqonlar bunlardır:

    Azərbaycanda hərbi rütbələr

    Hərbi Dəniz Qüvvələri:
    Miçman
    Baş Miçman
    Kiçik Leytenant
    Leytenant
    Baş Leytenant
    Kapitan-Leytenant
    Üçüncü Dərəcəli Kapitan
    İkinci Dərəcəli Kapitan
    Birinci Dərəcəli
    Kapitan
    Kontr-Admiral
    Vitse-Admiral
    Admiral

    Hərbi Dəniz Qüvvələrinə aid hərbi paqonlar bunlardır:

    Azərbaycanda hərbi rütbələr

    Azərbaycan Respublikasının güc strukturlarına daxil olan digər nazirlik və xidmət orqanlarının hərbi rütbələri əsasən Quru Qoşunlarının rütbələri ilə üst-üstə düşsə də, paqonlar yalnız rənglərinə görə fərqlənir. Belə ki, digər güc strukturlarında da hərbi rütbələrin sıralaması bu ardıcıllıqladır: Gizir, Baş Gizir, Kiçik Leytenant, Leytenant, Baş Leytenant, Kapitan, Mayor, Polkovnik-Leytenant, Polkovnik, General-Mayor, General-Leytenant, General-Polkovnik.

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi:

    Azərbaycanda hərbi rütbələr


    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi:

    Azərbaycanda hərbi rütbələr

    Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi:

    Azərbaycanda hərbi rütbələr


    Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətləri:


    Azərbaycanda hərbi rütbələr
    PAYLAŞ:

    Oxşar xəbərlər