Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR

Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
  • Sosial / Araşdırma

  • Bu gün Millət vəkili Anar İsgəndərov Ermənistan Silahlı Qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı düşmən tərəfindən atılan mina partlayışı nəticəsində sağ qolunu itirən Daməd İbrahimlini Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evində ziyarət edib.

    Asiya.az
    xəbər verir ki, qazini ziyarət edənlər arasında İlahiyyatçı Seyyid Ağarəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Miryəhya Bədirov, Ayıq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə ərazi üzrə nümayəndəsi Sabiq Cahagirov, Ərkivan qəsəbə bələdiyyəsinin sədri Əmrah Mazanov, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov və digər şəxslər də olub.

    Millət vəkili Füzuli şəhərinin bu gün işğaldan azad olması münasibətilə qazimizi təbrik edib. “Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib, orada yaralandığın üçün bu gün ən böyük təbrik sənə düşür. Azərbaycan xalqı sənin kimi igidləri ilə fəxr edir. Sən qəhramanlar yurdu Ərkivan üçün yeni qəhramanlıq tarixi yazdın”.

    Sonra millət vəkili Anar İsgəndərov, qazi Daməd İbrahimli Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun Ərkivan qəsəbəsində evinin qarşısında qoyulmuş xatirə büstünü ziyarət ediblər.

    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    Millət vəkili qazi Daməd İbrahimlini ziyarət etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər