Ermənistan riyakarcasına muzdlularını nümayiş etdirdi - VİDEO

Ermənistan riyakarcasına muzdlularını nümayiş etdirdi - VİDEO
  • Dünya, Asiya TV

  • Ermənistan Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycanı muzdluları cəlb etməkdə ittiham etsə də, özü beynəlxalq hüququ kobud şəkildə pozaraq dünyanın müxtəlif ölkələrindən ordu sıralarına muzdlu döyüşçülər cəlb edir və bunu həyasızcasına gizlətmək zərurəti belə görmür.

    Asiya.az
    xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi sosial şəbəkə hesabında “Qələbə qazanmağa gəlirik” başlığı ilə paylaşdığı videoda beynəlxalq ictimaiyyətə və hüquqa, dünya birliyinə açıq şəkildə və riyakarcasına meydan oxuyur.

    Videoda İrəvanın “Zvartnots” hava limanına Qarabağda Azərbaycan ordusuna qarşı vuruşmaq üçün bu ölkəyə gələn bir çox muzdlunun görüntüləri əksini tapır. Görünür, Müzəffər Azərbaycan ordusunun möhtəşəm qələbələrinə kölgə salmaq üçün dünya ictimaiyyətinə muzdlu döyüşçü yalanını car çəkən, acizliyini və erməni xalqı qarşısında darmadağın edilmiş ordusunun rüsvayçılığını gizlətmək üçün hər yola atan Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevre Konvensiyası ilə qəbul edilmiş normalara əsasən “muzdlu” anlayışının hansı mənanı ifadə etdiyini belə bilmir.

    Cenevre Konvensiyasına 1977-ci ildə qəbul edilmiş əlavə protokolda isə bu ifadənin anlamı açıq şəkildə göstərilir:

    a) silahlı qarşıdurmada mübarizə aparmaq üçün yerində və ya xaricdə xüsusi olaraq cəlb edilmiş;

    b) Faktiki olaraq birbaşa hərbi fəaliyyətlərdə iştirak edən;

    c) əsasən şəxsi mənfəət əldə etmək arzusu ilə hərbi fəaliyyətlərdə iştirak edən, münaqişə tərəfi və ya tərəfinin göstərişi əsasında, sözügedən tərəfin silahlı qüvvələrinin şəxsi heyətinə daxil olan eyni ranq və funksiyadakı döyüşçülərə mükafat, söz verilən və ya ödənişlərdən əhəmiyyətli dərəcədə artıq pul mükafatı söz verilən;

    d) münaqişədə iştirak edən tərəfin vətəndaşı olmayan, nə də münaqişədə olan tərəfin nəzarətində olan ərazilərdə daimi yaşamayan;

    e) münaqişədə olan tərəfin silahlı qüvvələrinin şəxsi heyətinin tərkibinə daxil olmayan;

    f) münaqişə tərəfi olmayan dövlət tərəfindən onun silahlı qüvvələrinin üzvü kimi rəsmi vəzifələrini yerinə yetirmək üçün göndərilməyən – istənilən şəxs muzdlu hesab olunur.

    Belə olan halda əminliklə söyləmək olar ki, Ermənistan Müdafiə Nazirliyinin az qala qəhrəman kimi təqdim etdiyi, videoda döyüşmək arzusunu ifadə edən sözügedən şəxslər yuxarıda sadalanan parametrlər üzrə beynəlxalq hüquq qarşısında muzdlu döyüşçü hesab edilir.

    Rəsmi İrəvan növbəti dəfə özünün qanunsuz əməllərini qarşı tərəfin üzərinə atmaqla beynəlxalq hüquq qarşısında məsuliyyətdən yayınmağa çalışır.

    PAYLAŞ:

    Oxşar xəbərlər