“Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB

“Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
  • Siyasət / Araşdırma / Hərb

  • “Mən Ərkivan üçün nə etmişəm ki, məni filmə də çəkəsiniz?”

    Ərkivan bölgənin ən qədim yaşayış məntəqəsi olmaqla yanaşı, həm də Azərbaycanın ən böyük kəndlərindən biridir. Məhz bu səbəbdən qəsəbə statusu da alıb. Bir sıra tarixçi alimlər Şeyx Səfinin Ərkivanda olduğunu, digərləri isə I Pyotr tərəfindən işğala məruz qaldığını iddia edirlər. Əsrlərdir qəsəbənin tarixi ilə bağlı tədqiqatlar aparılsa da, bu mövzu heç zaman öz aktuallığını itirmir.

    Biz də bu müqəddəs işə öz töfhəmizi vermək məqsədilə doğulub boya-başa çatdığımız Ərkivan haqqında sənədli film çəkilişlərinə başladıq. Sujet xəttində Ərkivandan olan görkəmli şəxslərin də fikirləri yer alır. Artıq bu qəbildən olan bir neçə ziyalımızla söhbətləşmişik.
    Növbəti müsahibimiz Masallı rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayevdir. Bu ad bütün masallılara tanışdır. O səbəbdən ki, T.Yəhyayev Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra rayonun ilk icra başçısı olub. Son 100 ildə rayona rəhbərlik edən 6 masallılıdan biri, həm də ilk və sonuncu ərkivanlıdır. Özü də bu vəzifədə iki dəfə çalışmış yeganə başçıdır.

    Hazırda Rusiyada yaşayan həmyerlimiz rayona ara-sıra təşrif buyurur. Onun bir neçə günlüyə doğma rayona gəlişi xəbərini eşitdikdə fürsəti fövtə vermək istəmədim. Düzünü desəm, xeyli tərəddüd etdi. Arqumenti bu idi: “Mən Ərkivan üçün nə etmişəm ki, məni filmə də çəkəsiniz?”. Təkidimizi nəzərə alaraq görüşməyə razılıq verdi və biz ondan Talış dağlarının qoynunda, gözəl mənzərəli “Qala” İstirahət Mərkəzində müsahibə götürdük.
    İstirahət mərkəzində bilyard oynayan sabiq başçı çəkiliş heyətini də oyuna dəvət etdi. O suallara dəqiq, intuziazmla cavab verdiyi kimi, bilyard daşlarını da sərrastlıqla hədəfə yönəldirdi. Bu məqamda haşiyəyə çıxaraq bildirək ki, Teymur Yəhyayev uzun müddət peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olub və Rusiyanın aparıcı informasiya agentliklərində rəhbər vəzifələr daşıyıb.

    Xatırladım ki, politoloq Teymur Yəhyayevdən videomüsahibə bir ay öncə, vətən müharibəsinin qızğın vaxtlarında, ölkədə internet məhdudiyyətləri olduğu bir vaxtda götürmüşük. Müsahibənin bir hissəsini yazı formasında oxuculara təqdim etsəkdə sadaladığım səbəblərə görə geniş videomüsahibəni yayımlaya bilməmişdik.
    Asiya.az geniş videomüsahibəni təqdim edir:


    “İlham Əliyev vətənpərvər insandır və hələ o zamandan azərbaycanlılara xüsusi rəğbət bəsləyirdi”
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    - Teymur müəllim, Prezident İlham Əliyevlə tələbəlik dostusunuz. Onunla ilk tanışlığınız necə yarandı?

    - Moskva Beynəlxalq Münasibətlər İnsitutuna imtahan verən abituriyentlər nəticələri öyrənmək üçün insitutun qarşısında asılan lövhənin önündə sıraya dayanmışdı. İlham Əliyev də orada idi və biz ilk dəfə orada tanış olduq. O zaman Özbəkistan Daxili İşlər Nazirinin soyadı Yəhyayev idi. Cənab Prezident qayıtdı ki, “Siz yəqin həmin Yəhyayevlərdənsiniz?”. Deyəndə ki, mən azərbaycanlıyam, çox sevindi. Çünki İlham Əliyev vətənpərvər insandır və hələ o zamandan azərbaycanlılara xüsusi rəğbət bəsləyirdi. Hər ikimiz tələbə adı qazanmışdıq və qarşıda bizi birgə tələbəlik həyatı gözləyirdi. İlham Əliyev yaşca məndən kiçik idi. 16 yaşında instituta qəbul olunmuşdu. Çox gülərüz, yaraşıqlı, o cümlədən istedadlı oğlan idi. O gündən münasibətlərimiz, dostluğumuz başladı.

    “Heydər Əliyev məndən soruşdu “Nəyə gülürsən?” Dedim heç, elə-belə”
    - Ümumilli Lider Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

    - Biz 1982-ci ildə institutu bitirirdik. Mənim təyinatımı Orta Asiya ölkələrindən birinə verirdilər. Mən bu barədə İlhama demişdim. Günlərin birində mənə zəng edib Azərbaycan Nümayəndəliyinə çağırdılar. Otağa daxil oldum və görkəmli, möhtəşəm bir şəxs mənimlə görüşdü, tanış oldu. Dedi əyləş, İlham sənin haqqında çox danışıb. Ailə vəziyyətimi soruşdu. O zaman hərbçi atam vəfat etmişdi. Anamla, qardaşlarımla maraqlandı. Soruşdu, “harada işləmək istəyirsən?”. Bildirdim ki, mən təcrübəni TASS-da, Amerika redaksiyasında keçmişəm. Dedi “orada işləmək istəyirsən?”. Dedim, ”Bəli”. Zəng elədi oranın baş direktoruna. Sonra qayıtdı ki, sabah gedərsən baş direktor səni qəbul edəcək və orada çalışarsan. Təşəkkür edib, bildirdim ki, sizin adınıza heç vaxt ləkə gətirmərəm. Mənim haqqımda ancaq yaxşı sözlər eşidəcəksiniz. Ulu Öndərlə söhbət edərkən “Nə gözəl insandır. Adamla mülayim, mehriban danışır. Adi tələbəni qəbul edib, qayğıları ilə maraqlanır."

    “İnsan özü təmiz olmalıdır ki, onun ətrafı da elə olsun”
    - Son dövrlər icra başçıları, yüksək çinli məmurlar yolunu məhbəsdən salmalı olur. Doğrudanmı rüşvət almamaq bu qədər çətindir?

    - Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, vəzifə xalqa xidmət vasitəsidir, üstünlük deyil. Əgər dövlətin rəhbəri gərgin iş qrafikinə baxmayaraq, sadə insanların arasında olursa, heç bir məmurun haqqı yoxdur ki, vətəndaşa yuxarıdan aşğı baxsın. Bizim xalqımız halal xalqdır. Bizim camaat düzgünlüyü, təmizliyi sevir. Mən o zaman təklif edirdim ki, paklıq siyasəti həyata keçirilsin. İnsan özü təmiz olmalıdır, əməlləri təmiz olmalıdır ki, onun ətrafı da elə olsun.

    “Bir tankı vurmağın qiyməti 100 min manat idi”
    - Masallı rayonunda icra başçısı vəzifəsində çalışdığınız illər Qarabağ müharibəsinin qızğın vaxtlarına təsadüf edirdi. Sizin təşəbbüsünüzlə müharibə illərində rayonda orduya dəstək üçün “Qələbə” adlı fond təsis etmişdi. Həmin fondun əsas işi nədən ibarət idi və haradan maliyələşirdi?

    - Fondun adını ona görə “Qələbə” qoymuşduq ki, qələbəyə köklənək. İş adamları, xüsusi mülkiyətçilər fonda vəsait köçürürdü. Biz də düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv edənə pul mükafatı verirdik. Bir tankı vurmağın qiyməti 100 min manat idi.

    “Bu qələbənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub”
    - Hazırda yenidən müharibə vəziyyətindəyik və işğal altında olan torpaqlarımızın müəyyən hissəsi artıq düşmən işğalından azad edilib. Ordumuzun hazırki gücünü necə qiymətləndirirsiniz?

    - Bu qələbənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqının ən böyük seçimi o idi ki, yenidən Heydər Əliyev siyasi kursunu dəstəklədi. Ulu Öndər Heydər Əliyevə sadiq, iradəli, qətiyyətli və layiqli bir davamçı. İlham Əliyevi hələ tələbəlik dövründən tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Prezident olduqca prqamatik, rasional siyasətçidir və beynəlxalq münasibələr sistemini çox yüksək səviyyədə əzx edib. Peşəkar siyasətçi olaraq bütün zəruri keyfiyyətləri özündə cəmləşdirib. Humanistlik, güzəştə getmək bacarığı, eyni zamanda lazım olanda prinsipial və qətiyyətli davranışı ilə seçilir. Bir lider olaraq bu xüsusiyyətləri ölkəmizi inkişafa aparır. Heç şübhəsiz Azərbaycan Ordusu düşmənə layiq olduğu yeri göstərəcək və bütün işğal altında olan torpaqlar ən qısa zamanda azad ediləcək.
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır”
    - Keçmiş dostunuz, Prezident İlham Əliyev sizə vəzifə təklif edərsə, qalıb Azərbaycanda işləyərsinizmi?

    - Niyə, keçmiş dostum?! O elə indi də mənim dostumdur. Mən həmişə demişəm ki, mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır. O da məni dost sayır.

    “Çox istəyərdim Azərbaycana qayıdım”
    - Uzun zaman Azərbaycandan uzaqda yaşayırsınız. Sizə elə gəlmir ki, vətəndə olsaydınız, daha çox faydalı olardınız, nəinki uzaqda?

    - Qismət olub, bu dövrdə gəlmişəm, əziz xalqımla yenə birlikdəyəm. Əlbəttə ki, çox istəyərdim Azərbaycana qayıdım. Bundan sonra da dövlətimə xidmət edim. Arzumdur ki, döyüşlər qələbə ilə başa çatsın, mən də qayıdım gəlim Azərbaycana. Əgər hər hansı təklif olarsa, bu gün də dəyərləndirməyə hazıram.
    Cəfər Cəfərov, ASİYA.AZ
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    “Mənim üçün ən üstün vəzifə prezidentin dostu sayılmaqdır” - Teymur Yəhyayev (VİDEOMÜSAHİBƏ) - YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər