"Barselona" 4 futbolçusu ilə müqaviləni uzatdı - SİYAHI

"Barselona" 4 futbolçusu ilə müqaviləni uzatdı - SİYAHI
  • İdman

  • İspaniyanın "Barselona” klubu Çempionlar Liqasında Macarıstanın "Ferencvaros” komandası ilə matçdan dərhal sonra 4 futbolçusu ilə müqaviləni uzadıb.

    Asiya.az
    xəbər verir ki, bu futbolçular Jerar Pike, Mark-Andre Ter Ştegen, Klema Lanqle və Frenk de Yonqdur.

    Müdafiəçi Pikenin müqaviləsi 30 iyun 2024, qapıçı Ter Ştegenin müqaviləsi 30 iyun 2025, Lanqle və De Yonqun müqaviləsi isə 30 İyun 2026-a qədər uzadılıb.

    Kataloniya klubu müqaviləyə xitam verəcəyi təqdirdə Jerar Pike və Mark-Andre Ter Ştegen üçün 500 milyon avro, Frenki de Yonq üçün 400 milyon avro, Klema Lanqle üçün isə 300 milyon avro ödəməli olacaq.

    COVİD-19 pandemiyası ilə əlaqədar futbolçularının maaşlarını azaltmaq üçün "Barselona” klubu sabahdan etibarən müzakirələrə başlayacaq, lakin bu müzakirələrdən əvvəl klubun 4 oyunçu ilə yeni müqavilə imzalaması diqqəti cəlb edib.

    Mikayıl Mirzəzadə
    PAYLAŞ:

    Oxşar xəbərlər