Masallıdan olan şəhidlər dəfn edildi - FOTOLAR

Masallıdan olan şəhidlər dəfn edildi - FOTOLAR
  • Cəmiyyət

  • Rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın müəyyən hissəsini artıq düşmən taptağından azad edib. Hər gün sevinclə, həyacanla Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli xəbərini eşidirik.

    “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!” deyiblər. Düşmənlə döyüşdə igidlik göstərərək yaralanan, şəhid olan oğullarımızda az deyil.
    Belə igid oğullarımızdan üçü bu gün Masallı rayonuna şəhid olaraq qayıtdı.

    Asiya.az xəbər verir ki, Şəhidləri son mənzilə yola salmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, qazi Daməd İbrahimli, hüquq-mühafizə orqanlarının əməkdaşları, ruhanilər, yerli sakinlər və şəhidin ailə üzvləri iştirak ediblər.

    Şəhid əsgər Nəcəfov Əli Seyran oğlu ilə vida mərasimi doğulduğu Tüklə kəndində keçirildi.

    Sonra Ərkivan qəsəbəsində könüllü şəhid əsgər Əlizadə Famil Habil oğlu ilə vida mərasimi oldu.
    Şəhidin həmyerlisi və döyüş yoldaşı qazi Daməd İbrahimli çıxış edərək, Familin və digər əsgərlərimizin döyüş qəhramanlığından danışdı.

    Daha sonra şəhid əsgər Hadiyev Vüsal Balarəzi oğlu ilə vida mərasimi keçirilib. Şəhid Masallı şəhər qəbiristanlığında dəfn edilib.
    Şəhidlərin dəfn mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhid ailələrinə təsəlli verib, şəhid ailələri üçün Allahdan rəhmət diləyib.

    Cəfər Cəfərov, Asiya.az

    Masallıdan olan şəhidlər dəfn edildi - FOTOLAR
    Masallıdan olan şəhidlər dəfn edildi - FOTOLAR
    Masallıdan olan şəhidlər dəfn edildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər