Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR

Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Masallı rayonu bu gün daha iki şəhidini son mənzilə yola salıb.

    Asiya.az
    xəbər verir ki, Şəhidlərlə vida mərasiminə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağarəşid Talıbov, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli sakinlər və şəhidin ailə üzvləri iştirak ediblər.

    Şəhid əsgər Rükabzadə İbrahim Rasif oğlu ilə vida mərasimi doğulduğu Boradigah qəsəbəsində keçirildi.

    Rayon icra başçısı şəhidin tabutuna bükülmüş dövlət bayrağı əbədi xatirə kimi onun qardaşına very
    Mərasimdə şəhidin ruhuna dualar oxundu. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin tabutuna bükülmüş dövlət bayrağını əbədi xatirə kimi onun qardaşına verdi.

    Daha sonra Çaxırlı İnzibati ərazi vahidliyinə daxil olan İmanlı kəndində könüllü əsgər şəhid Vəliyev Məhəmməd Nail oğlu ilə vida mərasimi oldu.

    Allah şəhidlərimizə rəhmət etsin!

    Cəfər Cəfərov, Asiya.az
    Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR
    Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR
    Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR
    Masallı şəhidləri torpağa tapşırıldı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər