Azərbaycan ordusu bu əraziləri işğaldan azad edib

Azərbaycan ordusu bu əraziləri işğaldan azad edib
  • Araşdırma / Cəmiyyət

  • Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 148 kənd işğaldan azad edilib.

    İndiyədək Cəbrayıl şəhəri və rayonun 55 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

    Asiya.az
    report-a istinadən düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

    27 sentyabr

    Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

    Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

    Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

    3 oktyabr

    Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

    Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

    Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

    4 oktyabr

    Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

    9 oktyabr

    Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

    Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri

    Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

    Tərtər rayonunun Çaylı kəndi

    14 oktyabr

    Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

    Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

    15 oktyabr

    Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

    Füzuli rayonunun Arış kəndi

    Cəbrayıl rayonunun Doşulu kəndi

    16 oktyabr

    Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

    17 oktyabr

    Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

    18 oktyabr

    Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırıldı

    19 oktyabr

    Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

    20 oktyabr

    Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

    Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

    Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

    Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

    21 oktyabr

    Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

    Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

    Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

    22 oktyabr

    Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

    Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

    Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

    23 oktyabr

    Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli kəndləri Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.

    Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndləri

    Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
    PAYLAŞ:

    Oxşar xəbərlər