Erdoğan: “Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”

Erdoğan: “Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”
  • Dünya

  • "Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz”

    Asiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

    "İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”, - deyə Ərdoğan vurğulayıb.

    Türkiyə Prezidenti fransalı həmkarı Makronla bağlı da sərt sözlər səsləndirib:

    "Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər