"Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik" - İranlı general

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik" - İranlı general
  • Dünya

  • Biz həmişə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəmişik və indi bunun baş verdiyi üçün sevinirik.

    Asiya.az
    Trend-ə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib.

    M.Pakpurun sözlərinə görə, İran istənilən işğal və təcavüzə qarşıdır və bunu pisləyir.

    General əlavə edib ki, ölkələrin ərazi bütövlüyü İran üçün böyük əhəmiyyət kəsb edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər