Asiya.az xəbər verir ki, nazirliyin yaydığı videonun bu dəfəki qəhrəmanı əsgər Saralov Əmrah Rəhim oğludur. Təqdim olunan məlumatda bildirilir ki, o, rabitə əlaqəsinin düzgün təşkilində xüsusilə fərqlənir:
"Döyüşün müqəddəratını həll edən amillərdən biri olan rabitə əlaqəsinin düzgün təşkilində xüsusilə fərqlənir. Məlumatların vaxtında alınması və ötürülməsində, eyni zamanda dayanıqlı təmin edilməsində fəallığı ilə seçilir”.