Asiya.az xəbər verir ki, bu barədə məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, seminarlar iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir.
Seminarlar zamanı iştirakçılara pandemiya dövründə insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, potensial risk qrupları, insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar, insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər, miqrant anlayışıları, deportasiya və viza anlayışları, mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilmişdir və iştirakçlarla birgə müzakirələr aparılmışdır.
Seminarlar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.
Layihə çərçivəsində Cəlilbabad, Biləsuvar, Lənkəran, Masallı, Lerik və nəhayət Astara rayonlarında seminarlar keçirilmişdir.