Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi

Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
  • Dünya

  • Gürcüstanda 31 oktyabrda keçiriləcək Parlament seçkilərində Bolnisi-Dmanisi-Tetriçakro və Çalka seçki dairəsindən “Güc Birlikdədir – Birləşmiş Müxalifət” siyasi blokunun majoritar namizədi Kaxa Okriaşvilinin etnik mənşəyi haqqında yayılan iftira və yalan informasiyalar mənə jurnalist araşdırması aparmağa məcbur etdi.

    Kaxa Okriaşvilinin majoritar namizəd kimi Bolnisi-Dmanisi-Tetriçkaro və Çalka seçki dairəsində reytinqinin tam yüksək olması, Bolnisi, Dmanisi və Tetriçakro rayonlarında yaşayan yerli azərbaycanlılar tərəfindən dəstəklənməsi, iqtidarda olan “Gürcü Arzusu” Partiyasının majoritar namizədi Qoqi Meşvelianidə seçkini uduzduğu qənaətinin möhkəmlənməsinə səbəb olub.

    Seçkiöncəsi araşdırmalar və sosial sorğular təsdiq edir ki, əhali arasında yüksək reytingi olan Kaxa Okriaşvili Parlament seçkilərində namizəd verildiyi majoritar dairə üzrə səslərin 75-80 faizini alacaq. Bolnisi rayonunda seçicilərin 70 faizi, Dmanisi rayonunda isə seçicilərin 85 faizi ona səs verəcək. Seçkini uduzacağını artıq bilən Qoqi Meşveliani, Kaxa Okriaşvili barəsində yalan və iftira dolu informasiyaları bəzi saytlar və sosial şəbəkə vasitəsiylə yaydırmağa başlayaraq ictimai rəyi çaşdırmağa cəhd etdi. Bolnisi-Dmanisi-Tetriçakro və Çalka seçki dairəsində seçicilərin 70 faizi etnik azərbaycanlılardır. Azərbaycanlı seçicilərdə nifrət hissi oyatmaq, Kaxa Okriaşviliyi nüfuzdan salmaq üçün, Kaxa Okriaşvilinin guya etnik erməni olması, öz soyadını dəyişdirməsi yalanı uyduruldu. Kaxa Okriaşvlinin etnik mənsubiyyəti barədə, ümumən Okriaşvili nəsli barədə araşdırma aparmaq qərarına gəldim.

    Digər tərəfdən onu da qeyd etməyi özümə borc bilirəm ki, Kaxa Okriaşvili barəsində iftira və yalan informasiyaları yaydıran Qoqi Meşveliani Ermənistan Baş naziri Nikol Paşinyanın dostudur və Gürcüstandakı erməni lobbisinin Borçalıdakı gizli canişini sayılır. N.Paşinyan Ermənistanın Baş naziri təyin ediləndə ona ilk ziyafəti Borçalıda məhz Qoqi Meşveliani verib, hətta təbrik hədiyyəsi təqdim edib.

    ARAYIŞ: Qədim gürcü (kartvel) Okriaşvili nəslindən olan, gürcü (kartvel) və qismən qıpçaq kökənli Kaxa (Kaxaber) Okriaşvili 21 mart 1966-cı ildə, Qoqi Okriaşvilinin ailəsində dünyaya gəlib. 1987-ci ildə Tbilisi Dövlət Tibb Universitetini bitirib. İxtisasca həkimdir.

    Kaxa Okriaşvilinin siyasi və parlament fəaliyyəti.

    Kaxa Okriaşvili 2004-cü ildə Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra siyasi, qanunvericilik və fraksiyalararası fəallığı ilə seçilmişdir. 2008-2012-ci illərdə Gürcüstan Parlamentində “Vahid Milli Hərakat” fraksiyasının aparıcı üzvlərindən biri olmuşdur. 2012-2013-cü illərdə isə K.Okriaşvili Parlamentin Partiyasız “Müstəqil Majoritarlar Fraksiyasının” sədr müavini vəzifəsini tutmuşdur. 2014-2016-cı illərdə isə həmin fraksiyanın sədri olmuşdur. 2016-cı ildən Regionların İnkişafı Fraksiyasının sədri vəzifəsini icra edib.

    K.Okriaşvili fəal qanunverici deputat kimi 2016-cı ildə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olmuşdur.

    2008-2020-ci illər ərzində Gürcüstan Parlamentinin deputatı olan K.Okriaşvili müxtəlif zaman kəsiklərində Gürcüstan Parlamentinin Səhiyyə və Sosial məsələr Komitəsi, Ətraf Mühit və Təbii Ehtiyyatlar Komitəsinin və Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin üzvü olaraq fəaliyyətini davam etdirmişdir.

    Gürcüstan Parlamentinin beynəlxalq fəaliyyətində və həmçinin Türkdilli ölkələrin parlamentləri ilə birgə fəaliyyətlərdə dostluq qruplarının tərkibinə daxil olmuşdur.

    2018-ci ildən Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvüdür və Azərbaycanla ikitərəfli əlaqələrini möhkəmləndirilməsində ciddi töhfə vermişdir.

    K.Okriaşvili həmçinin Gürcüstan-Qazağıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Özbəkistan Parlamentlərarası Dostluq Qrupunun üzvü vəzifələrini tutmuşdu.

    Gürcüstan Parlamentinin beynəlxalq fəaliyyətndə ciddi iştirak edən K.Okriaşvili Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2016-cı ildən üzvüdür. 2015-2016-da ATƏT Parlament Assambleyasının üzvü və 2012-2015-ci illərdə GUAM Parlament Assambleyasının üzvü olmuşdur. 2016-2017-ci illərdə Kaxaber Okriaşvili Gürcüstan Dövlət Konstitusiya Komisiyasının üzvü olmuşdur. 2006-2007-ci illərdə Rusiya Federasiyası Hökümətinin Gürcüstan vətəndaşlarına qarşı yönəlmiş fəaliyyətinin araşdırılması üzrə Parlamnetin Müvəqqəti Komisiyyasının üzvü olmuşdur.

    2020-ci ildə Kaxa Okriaşvili “Tərqqi və Azadlıq” Partiyasının yardılmasına iştirak etmiş və 2020-ci ilin avqustunda “Güc Birlikdədir Siyasi Blokuna daxil olan “Tərəqqi və Azadlıq” partiyasının Bolnisi-Dmanizi-Tetriçkaro və Çalqa birmandatlı seçki dairəsindən Gürcüstan Parlamentinə majoritar namizəd kimi irəli sürülmüşdür.

    Qədim gürcü (kartvel) Okriaşvili nəsli

    Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var.

    ​ Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası​ arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır.

    Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11-13 əsrlərə təsadüf edir. Gürcü dövlət, vergi və kilsə mənbələrində davamlı olaraq Okriaşvili soyu barəsində müxtəlif rəsmi və vergi səndələri 1801-ci il Rusiyanın Gürcüstanı işğal etməsinə qədər dövrləri əhatə edir.

    Kaxa Okriaşvilinin atasının guya erməni olub və sonradan erməni soyadını gürcü soyadına dəyişdirməsi yalanı heç bir halda təsdiqini tapmadı. Çünki bu heç bir halda mümkün deyildir.

    Birincisi son 300 ildə yaşamış Okriaşvililər nəslinin nümayəndələrinin məzarları Gürcüstan Dmanisi rayonu Javaxi və Qantiadi kəndləri məzarlığındadır. Əgər soyad dəyişməsi olsaydı o zaman 20 əsrin əvvəlində qoyulmuş məzar daşlarındakı soyadlar Okriaşvili yox uydurulmuş Voskanyan soyadı və ya tamam başaqa soyad olardı.

    Digər tərəfdən Gürücstan SSR-də ermənilərin kütləvi şəkildə gürcü mənşəli soyadlar qəbul etməsi 1946-cı ildən sonra təsədüf edir. Gürcüstan SSR-də ermənilərin gürcü soyadları qəbul etməsi 1953-1972-ci illərdə Gürcüstan KP MK-nın Birinci katibi Vasil Mjavanadzenin dövründə tam reallaşmışdır. Bu proses 1968-1970-ci ildə daha kütləvi şəkil almış və 1974-cü ildə Gürücstan KP MK Birinci katibi Eduard Şevardnadze tərəfindən dayandırılmışdır.

    1656-cı ildə Kartli Çarı olan Rostom Xanın fərmanında adı keçən Okriaşvili nəslinin nümayəndəsinin 20-ci əsrdə xələflərinin soyadını heç bir halda dəyişdirə bilməzdi. (Gürcüstan Dövlət Milli Arxivi: Fond 1448, arayış 2318). Bu fakt, yəni indiki Borçalı ərazisində Okriaşvili nəslinin nümayəndəsinin soyurqal hüququnun tanınması barədə məlumat Səfəfvi İmperiası Baş vəziri Məhəmməd Bəy Təbrizinin xüsusi fərmanında yer almışdır.

    Okriaşvili nəsli barədə digər qeyd​ Kartli Çarı XI Giorginin (Şax Navaz xan) (1703-1709)​ fərmanında yer alır. Bu da bir sübutdur ki, Okriaşvili soyadı qədim soyaddır və 20-ci əsrdə dəyişdirilməsi heç bir halda məqsədə uyğun olmazdır.

    Okriaşvili nəsli barəsində vergi və əmlak qeydləri həmçinin 1801-ci ildən sonra Rusiya İmperiyasının Qafqaz Canişinliyinin rəsmi sənədlərində də mövcuddur. 1840-cı ildə aparılan mülkiyyət qeydiyyatı barədə sənəddən məlum olur ki, Kaxa Okriaşvilinin əcdadı olan şəxslərdən biri​barədə mülkiyyət dəftərində qeydiyyat aprılmışdır. (Gürücstan Dövlət Milli Arxivi: QD-82).

    Dövləti Aliyyə (Osmanlı İmperiyası) Tiflis Əyaləti Müfəssəl Vergi dəftərində (1711-1725) məsihi (xristian) Okriaşvililərin Tumanis Livasında vergi ödəyici, əmlak və torpaq sahibkarları olması dəqiqliklə qeyd edilib və soyad olaraq Okriaşvili kimi identifikasiya olunub.

    Okriaşvili nəsli barəsində vergi və əmlak qeydləri həmçinin 1801-ci ildən sonra Rusiya İmperiyasının Qafqaz canişinliyinin rəsmi sənədlərində də mövcuddur. 1840-cı ildə aparılan mülkiyyət qeydiyyatı barədə sənədlərdən məlum olur ki, Kaxa Okriaşvilinin əcdadı olan şəxslərdən biri​barədə mülkiyyət dəftərində qeydiyyat aprılmışdır. (Gürücstan Dövlət Milli Arxivi: QD-82).

    20-ci əsrdə Gürcüstan Demokratik Respublikasının dövlət sənədlərində Borçalı qəzasında yaşayan Okriaşvililər barəsində qeydlər mövcuddur. Həmçinin 1918-ci ildə Gürcüstan Parlamentinin deputatı, ədib və dramaturq Əbdürrəhman bəy Haqverdiyevin Başkeçiddə görüş zamanı Okriaşvili soyadlı bir vətəndaşdan ərizə qəbul etməsi faktı da mövcuddur.

    Gürcüstan SSR, ZSFSR və SSRİ arxivlərindəki sənədlərdən məlum olur ki, Okriaşvli nəslinin nümayəndələri soyad dəyişməmiş və 13-cü əsrdən bu yana Okriaşvili soyadını daşımaqdadırlar.

    Qədim gürcü nəsli olan Okriaşvililər haqqında yayılan bütün iftira və yalanlar siyasi xarakter daşıyır və Parlament seçkilərində Kaxa Okriaşvilinin nüfuzdan salınmasına xidmət edir. Bütün bunların arxasında təmiz gürcü olduğu şübhəli olan Qoqi Meşveliani durur. ​

    Kaxa Okriaşvilinin genetik mənşəyi barədə


    ABŞ Texas Ştatında yerləşən, Family Tree DNA, Arpeggi, Incorpereytet Şirkətində, 13-cü əsrdən Gürcüstanda yaşayan, kilsə və digər vergi, mülk səndlərində, arxiv mənbələrində nəsli barədə müfəssəl qeydlər olan Kaxa Okriaşvilinin genetik testi həyata keçirilmişdir.

    Kaxa Okriaşvilinin genetik analizi nəticəsində məlum olmuşdur ki, Kaxa Okriaşvili 68 faiz təmiz, saf qanlı Gürcüdür (Kartveldir) və 25 faiz qismən Qıpçaq (Qamər, İskit) geninə malikdir.

    Abbas Muradxanlı. Tbilsi 2020.
    Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
    PAYLAŞ:

    Oxşar xəbərlər