"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Jalə Əliyeva

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Jalə Əliyeva
  • Siyasət

  • "Ermənilərdə heç bir insanlıq norması qalmayıb. Onlar illərdir ki, nə insani, nə də hərbi normalara riayət etmirlər. Bu gün qeyri-insani davranışlarını öz vətəndaşlarına, öz hərbiçilərinə qarşı da göstərirlər. Onların həyata keçirdikləri bu cinayətlər birbaşa elə öz vətəndaşlarının, ölkəsinin əleyhinə işləyir".


    Asiya.az
    xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisinin deputatı Jalə Əliyeva deyib.

    O bildirib ki, Ermənistan ordusunda əsgər qıtlığı yaşanır:

    Hazırda onların ordusunda böyük bir təşviş, qarşıdurma var. Artıq ön cəbhəyə göndərməyə əli silah tutan kişilər tapılmır. Bundan öncə qadınları, yaşlı kişiləri müharibəyə göndərirdilər. İndi isə utanmadan uşaqları çəkərək sosial şəbəkədə paylaşırlar. Bu beynəlxanlq prinsiplərlə, BMT-nin uşaq hüquqları konvensiyası ilə birbaşa ziddir. Elə bu onların öz ölkələrinə qarşı göstərdikləri faşizm münasibətidir. Əlbəttə ki, Azərbaycana qarşı həyata keçirdikləri də nasist idealogiyasıdır, soyqırımdır, qətliyamdır.

    Deputat deyib ki, düşmən öz cəsədlərinə də sahib çıxmaq istəmir: Öz meyitlərinə belə sahib çıxmamaları isə onların böyük bir qorxu içərisində olduğunu göstərir. Elə bir itki veriblər ki, həmin nəşlər ölkələrinə qayıtdığı zaman böyük bir inqilabla qarşılaşa bilərlər. Çox gözəl biilirlər ki, ölənlərin valideynləri, yaxınları öz ölkələrinə qarşı etiraz aksiyaları keçirəcək. Ona görə də ölənlərin sayını gizlətmək üçün öz qanlarından, dinlərindən olan ölülərinə belə sahib çıxmırlar".

    Mələk Cabbar
    PAYLAŞ:

    Oxşar xəbərlər