Erməni terrorunda yaxınlarını itirən uşaq: “Anamın qoxusu üçün darıxıram” - VİDEO

Erməni terrorunda yaxınlarını itirən uşaq: “Anamın qoxusu üçün darıxıram” - VİDEO
  • Cəmiyyət / Asiya TV

  • Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlayıb.

    Asiya.az
    xəbər verir ki, videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

    Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər