“Manga” ilə Sevda Qarabağ üçün oxudu - Haqlı bir istifadə var - VİDEO

“Manga” ilə Sevda Qarabağ üçün oxudu - Haqlı bir istifadə var - VİDEO
  • Mədəniyyət / Asiya TV

  • Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül və Əməkdar artist Sevda Ələkbərzadə Qarabağ üçün duet oxuyublar.

    Asiya.az
    “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iki sənətçi Ələkbərzadənin “Ulu Vətən” mahnısını birgə ifa ediblər.

    Təklif rok sənətçisindən gəlib, məqsəd Qarabağı Ermənistan işğalından azad edən Azərbaycan əsgərinə dəstək olmaqdır.

    Bakıya gələn F. Akgül Türkiyə KİV-nə açıqlamasında bildirib ki, duet təklifini o edib: “Mən siyasətçi olmadığım üçün dərdimi musiqi ilə demək istədim. Haqlı bir mübarizə var. Bütün dünyanın bunu başa düşməsi lazımdır. Azərbaycanda böyük fan kütləmiz, dostlarım var. Olanları başqa bir duyğu ilə izləyirəm. Həmişə deyirik ki, Azərbaycanla Türkiyə qardaşdır. Bunu incəsənət adına göstərmək istədim”.

    S. Ələkbərzadə isə qeyd edib: “Türkiyə dövləti bizə çox dəstəkdir. Bizim Vətən müharibəmizdə qardaşlarımız həm siyasətdə, həm də incəsənətdə bizə dəstəkdir. Biz bu gün birlikdə vətənpərvər ruhda bir mahnı yazacağıq”.

    PAYLAŞ:

    Oxşar xəbərlər