Təhsil eksperti distant təhsil qərarından danışdı: Problem nədir?

Təhsil eksperti distant təhsil qərarından danışdı: Problem nədir?
  • Sosial

  • Şagirdlər güzəştli internetlə təmin olunmalıdır”.

    Asiya.az
    xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov noyabr ayının 2-dən Azərbaycan təhsil sisteminin distant (məsafədən) davam edəcəyi ilə bağlı qərardan danışarkən deyib. O, ölkədə internetlə bağlı məhdudiyyətin olduğunu xatırladıb:

    "Bu məhdudiyyətlər ancaq sosial şəbəkələrə girişi məhdudlaşdırıb. Amma Azərbaycan təhsil sistemi mart ayından istər orta, istərsə də ali məktəblərdə "Microsoft” proqramından istifadə edir. Azərbaycanda orta ümumtəhsil məktəblərində 1,6 milyon şagirdin və ali təhsil müəssisələrində 85 min tələbənin istifadə edəcəyi "Microsoft” proqramına hər hansı bir məhdudiyyət yoxdur. Yəni, "Microsoft” proqramıyla onlayn qaydada dərs keçməyin heç bir problemi yoxdur. Dərslər bunun üzərində qurulub”.

    Kamran Əsədov qeyd edib ki, problem internetin sürəti və həcmindədir:

    "Problem var - şagirdlərə internet güzəşti edilməlidir. Şagirdlərin interneti yoxdur”.

    Qeyd edək ki, Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti ilə bağlı qərar verib. Qərara əsasən, noyabrın 2-dən təhsil distant (məsafədən) formada həyata keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər