Asiya.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb:
"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".
"Növbəti iki həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik", - nazir əlavə edib.