İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO

İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
  • Dünya

  • Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə, yaralananların sayı isə 804 nəfərə çatıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaranan dağıntılar səbəbindən araşdırmalara başlanılıb.

    Bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib.

    Bundan başqa, AFAD-dan bildirilib ki, dağıntılar meydana gələn 8 binada axtarış-xilasetmə işləri yekunlaşıb, 9 binanın dağıntıları altından insanların çıxarılması işi davam edir.

    Qeyd edək ki, İzmirin Bayraklı səmtində 6.6 bal gücündə zəlzələdən sonra çökən binalarda axtarış və xilasetmə işləri davam edir.

    Axtarışda istilik kameralarından da istifadə olunduğu bildirilib.







    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    İzmirdə zəlzələdə ölənlərin sayı 25-ə çatıb - VİDEO - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər