Düşmənin snayper qrupu məhv edildi- Video

Düşmənin snayper qrupu məhv edildi- Video
  • Hərb / Asiya TV

  • İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib.

    Asiya.az
    xəbər verir ki, Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

    Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    "Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - MN-dən bildirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər