Ermənilərin “öldürdük” dediyi polkovnikimiz xidmətini davam etdirir

Ermənilərin “öldürdük” dediyi polkovnikimiz xidmətini davam etdirir
  • Cəmiyyət

  • Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.

    Asiya.az
    xəbər verir ki, Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

    Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil.

    Qeyd edək ki, cəbhədəki son dərəcə çətin vəziyyət və sarsıdıcı məğlubiyyət, erməni hərbçilərini əsgərlərinin mənəvi ruhunu yüksəltmək üçün saxta məlumatlar yaymağa məcbur edir.

    Məşhur "Sasna Tsrer" silahlı qrupunun üzvü Qarik Petrosyan Dağlıq Qarabağda azərbaycanlı polkovnik Hafiz Ağayevin öldürülməsi barədə məlumat verdi . Eyni zamanda, Qarik Petrosyan Hafiz Ağayevə aid olduğu iddia edilən hərbi forma nümayiş etdirdi.

    Hərbi mənbələrdən haqqin.az-a məlum olduğu kimi, erməni tərəfinin Azərbaycan polkovnikinin ölümü barədə məlumatları həqiqətə uyğun gəlmir.

    Hafiz Ağayev dörd gün əvvəl minaya düşmüş avtomobildə idi. Lakin polkovnik sağdır və hazırda hərbi hissədədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər