“Şuşa üç tərəfdən mühasirəyə alınıb” - Rusiya KİV

“Şuşa üç tərəfdən mühasirəyə alınıb” - Rusiya KİV
  • Siyasət

  • Şuşa şəhəri 3 istiqamətdən mühasirəyə alınıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb

    Bildirilir ki, erməni tərəfinin Azərbaycan ordusunun Şuşadan bir neçə kilometr geri oturdulduğu iddiası həqiqətə uyğun deyil: "Azərbaycan ordusu bu gecə Şuşanı cənub, qərb və şərqdən mühasirəyə alıb. Hazırda şəhərə genişmiqyaslı hücum hazırlanır.

    Təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən belə görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox mürəkkəbdir. Belə ki, güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olmaq isə tanınmamış DQR-in paytaxtı Xankəndinə yolun başlanğıcıdır".

    Rusiya KİV-in yazdığına görə, son həftə ərzində aktiv hücumları səngitsə də, Azərbaycan tərəfi son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə 5-dən artıq yaşayış məntəqəsini ələ keçirə bilib:

    "Bu gün region ərazisinin 40 faizində döyüşlər gedir, qondarma respublikanın "ərazisi"inin 20 faizi isə artıq Azərbaycan ordusunun nəzarətindədir".(respekt)
    PAYLAŞ:

    Oxşar xəbərlər