“Sivasspor” - “Qarabağ” matçının hakimləri niyə dəyişdirildi? - SƏBƏB

“Sivasspor” - “Qarabağ” matçının hakimləri niyə dəyişdirildi? - SƏBƏB
  • İdman

  • Bu gün Avropa Liqasının qrup mərhələsinın III turu çərçivəsində keçiriləcək "Sivasspor” - "Qarabağ” matçının hakimlərinin dəyişdirilməsinin səbəbi açıqlanıb.

    Asiya.az
    xəbər verir ki, Portuqaliyadan olan Joao Pineyronun başçılıq etdiyi hakimlər briqadasının isveçrəlilərlə əvəzlənməsinə şəxsi problemlər səbəb olub. Belə ki, Joao Pineyro ailəvi problemləri əsas gətirərək, təyinatının dəyişdirilməsini xahiş edib. Bu səbəbdən UEFA matça təyinatları dəyişib.

    Qeyd edək ki, Joao Pineyroya həmyerliləri - Tyaqo Joze Pereyra Kosta ilə Pedro Ribeyronu kömək etməli idi. UEFA-nın qərarına əsasən bu gün "Yeni 4 Eylül” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.55-də başlayacaq matçı isveçrəli Sandro Şarer idarə edəcək. Ona həmyerliləri - Stefan de Almeyda və Bekim Zoqay yardımçı olacaq. UEFA yalnız 4-cü hakim olan portuqaliyalı Yanku Yoan Vasilisi dəyişməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər