Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - SİYAHI

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - SİYAHI
  • Siyasət / Araşdırma

  • Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib.

    İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.


    Asiya.az
    düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:


    27 sentyabr


    Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
    Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
    Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər


    3 oktyabr


    Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
    Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
    Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi


    4 oktyabr


    Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri


    5 oktyabr



    Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri


    9 oktyabr


    Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
    Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
    Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
    Tərtər rayonunun Çaylı kəndi


    14 oktyabr


    Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
    Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri


    15 oktyabr


    Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
    Füzuli rayonunun Arış kəndi
    Cəbrayıl rayonunun Doşulu kəndi


    16 oktyabr


    Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri


    17 oktyabr


    Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri


    18 oktyabr


    Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı


    19 oktyabr


    Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri


    20 oktyabr


    Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
    Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
    Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
    Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri


    21 oktyabr


    Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
    Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
    Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri


    22 oktyabr



    Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
    Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
    Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri


    23 oktyabr



    Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
    Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
    Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
    Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri


    25-26 oktyabr


    Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
    Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
    Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri


    28 oktyabr



    Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
    Füzuli rayonunun Mandılı kəndi
    Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
    Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.


    30 oktyabr


    Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
    Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
    Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.


    2 noyabr


    Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
    Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
    Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.


    4 noyabr


    Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
    Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
    Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


    7 noyabr



    Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri
    Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
    Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
    Zəngilan rayonunun Beşdəli kəndi
    Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri
    Xocalının Qarabulaq, Moşxmaat kəndləri
    PAYLAŞ:

    Oxşar xəbərlər