Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 1410 yeni yoluxma

Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 1410 yeni yoluxma
  • Sosial

  • Azərbaycanda koronavirusa (COVID-19) 1410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 13 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 14875 nəfərdir.


    Ölkədə son sutka ərzində 12140, hazırkı dövrədək isə 1429508 test aparılıb.

    Ümumi ölənlərin sayı 824 nəfərdir.

    Ümumi yoluxanların sayı 63748 nəfər, ümumi sağalanların sayı 48049 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər