2 QHT həbçilərimizə bayram sovqatı göndərdi

2 QHT həbçilərimizə bayram sovqatı göndərdi
  • Sosial / Manşet

  • AzMİA (Mebel istehsalçıları assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə öncəbhədə xidmət edən əsgərlərimizə, habelə hərbi hospitalda müalicə alan hərbçilərimizə (toplam 200 bağlama həcmində) bayram sovqatı göndərib.

    Asiya.az
    xəbər verir ki, “Şuşa qalasına bayraq sancan, Bayraq Gününü əsl bayraq bayramına çevirən Ali Baş Komandanımızın başçılıq etdiyi müzəffər ordumuzun hər bir mənsubu ən yüksək sevgi və sayğını haqq edir. Ordumuzla qürur duyuruq və onlarla bayramlaşmaq çox xoşdur” – deyə ictimai birlik mənsubları bildiriblər.

    Ali dövlət rəhbərliyinin döyüşən ordumuza, yaralı hərbçilərimizə yüksək diqqət və qayğısını örnək alan AzMİA (Mebel istehsalçıları assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) rəhbərliyi, əsgər və zabitlərimizə, yaralı hərbçilərimizə diqqət göstərməyin bir vəfa borcu kimi qəbul edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər