Etirazçılar Paşinyanın kabinetinə giriblər, arlamentinin spikerini döyüblər -VİDEO+ FOTO

Etirazçılar Paşinyanın kabinetinə giriblər, arlamentinin spikerini döyüblər -VİDEO+ FOTO
  • Dünya / Asiya TV

  • Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlanıb.

    Asiya.az
    Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu bəyanatdan sonra etirazçılar Ermənistan parlamentinin binasına daxil olub və oranı dağıdıb. “SputnikArmenia”yanın verdiyi xəbərə görə, binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər.

    Etirazçıların Baş nazirin kabinetə girdiyi deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər. Parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb.

    Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanı xain adlandıraraq dərhal onun istefasını tələb edirlər.

    Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulması tələb edilir.

    Parlamentin binasından çəkilən görüntülər Yerevanda xaosun hökm sürdüyündən xəbər verir.



    Etirazçılar Paşinyanın kabinetinə giriblər, arlamentinin spikerini döyüblər -VİDEO+ FOTO


    PAYLAŞ:

    Oxşar xəbərlər