“Siz tək deyilsiz!” adlı aksiyaya başlandı

“Siz tək deyilsiz!” adlı aksiyaya başlandı
  • Sosial

  • AzMİA (Mebel istehsalçıları assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) “Siz tək deyilsiz!” aksiyasına başlayıb.

    Asiya.az
    xəbər verir ki, aksiya Gəncə, Bərdə, Tərtər və b. şəhər və rayonlarımızın işğalçı Ermənistan tərəfindən raketlərdən atəşə tutması nəticəsində zərərçəkmiş ailələrə maddi-mənəvi yardımı nəzərdə tutur. Adıkeçən şəhər və rayonlarımızdan olan yüzlərlə zərərçəkmiş ailələrə sovqatlar göndərilib.

    Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibədən, xain düşmənin raket hücumlarından zərər görmüş ailələrə yüksək diqqət və qayğısını örnək alan AzMİA (Mebel istehsalçıları assosiasiyası) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) rəhbərliyi və üzvləri bununla öz mənəvi borclarını qismən də olsa yerinə yetirməyə çalışdıqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər