Paşinyan bunkerdə gizlənir, ailəsi isə...- Video

Paşinyan bunkerdə gizlənir, ailəsi isə...- Video
  • Dünya / Asiya TV

  • Qarabağ döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan sakinləri baş nazir Nikol Paşinyanı axtarır.

    Asiya.az
    xəbər verir ki, Ermənistanın "Qraparak” qəzeti xəbər verir ki, Facebook-da tez-tez canlı yayıma çıxan Paşinyanın Müdafiə Nazirliyinin bunkerində gizləndiyi məlum olub.

    "Bunkerdə özünü rahat hiss edən Paşinyan məhz burdan canlı yayımlara qoşulur. Paşinyanın ailə üzvlərin gəlincə, onun qızları – Məryəm və Şuşan 1 həftə əvvəl ölkəni tərk edərək Kanadaya gediblər”.

    "Qraparak”ın məlumatına görə, Paşinyanın yoldaşı Anna Akopyan, oğlu Aşot və kiçik qızı isə son günlər Gorus şəhərində olublar.

    Ermənistan polisinin rəhbəri Vahe Kazaryan İrəvanın polis rəisi Armen Qasparyanı vəzifəsindən azad edib.

    Qasparyanın noyabrın 9-da qovulduğu bildirilib. Buna səbəb Qasparyanın Nikol Paşinyanın əmrini icra etməkdən imtina etməsi olub.

    Erməni polisi İrəvanın Azadlıq Meydanında müxalif siyasi qüvvələrin nümayəndələrini və onların tərəfdaşlarını kütləvi şəkildə saxlamağa başlayıb.

    Etirazçıları zorla polis maşınlarına mindirib müxtəlif polis bölmələrinə aparırlar.

    Hazırda meydan tam qarışıqlıqdadır. Müxalifət liderləri zəng etməyə çalışır, etirazçılar "Nikol, get, get!” deyə qışqırır, polis vətəndaşları nəzarətə götürməyə davam edir. Etirazçıların sayı tədricən artır.

    Bundan əvvəl Ermənistanın Baş Prokurorluğu ölkədə hərbi vəziyyət olduğu üçün mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.

    Xatırladaq ki, "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, "Vətən” partiyasının rəhbərliyi, parlamentin keçmiş aparat rəhbəri Arsen Babayan, Respublika Partiyasının idarə heyətinin üzvləri Eduard Şarmazanov, Vaqram Baqdasaryan, Qeqam Petrosyan və b. saxlanılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər