Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxartmağa başladı - FOTO

Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxartmağa başladı - FOTO
  • Sosial

  • Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxarmağa başlayıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Kəlbəcərdə yaşayan "politoloq” Aleksandr Kananyan adlı erməni sosial şəbəkədə yazıb.

    ""Artıq "Rusiya sülhməramlıları” erməni əhaliyə qarşı güc tətbiq ertməyə başlayıb. Onları evlərindən zorla çıxarırlar və ən zəruri əşyalarını belə götürməyə imkan vermirlər... Və bu hələ başlanğıcdır... Biz min dəfə demişik ki, türklə (azərbaycanlıları nəzərdə tutur. - red.) "sülhməramlı” arasında heç bir fərq yoxdur... Ona görə də kim Putinin köməyinə ümid edirsə, onu ancaq yaxın günlərdə və həftələrdə yeni "üzük əməliyyatı” və deportasiya gözləyir. Rusiya sülməramlıları bizi Kəlbəcərdən zor gücünə çıxartmağa başlayıb. Bizə ancaq gündəlik ehtiyacları təmin edən əşyaları götürməyə icazə verirlər. Rusiya bizim evimizi dağıtmaqla məşğuldur", - deyə erməni qeyd edib.

    Üçtərəfli razılaşmaya əsasən Ermənistan işğalçı qoşunları Kəlbəcər rayonundan noyabrın 15-nə qədər çıxmalıdır. Ermənistan Müdafiə Nazirliyi prosesin artıq başladığını bildirir. Ermənistandakı 102-ci hərbi baza isə hərbçilərə qarşı mümkün təxribatların qarşısını almaq üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

    Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxartmağa başladı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər