Koronavirusdan ölənlərin sayı artdı - GÜNÜN STATİSTİKASI

Koronavirusdan ölənlərin sayı artdı - GÜNÜN STATİSTİKASI
  • Sosial

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər