“Onun vaxtı çatıb...” – Etibar Məmmədovdan Rusiyadakı səfirimizlə bağlı açıqlama

“Onun vaxtı çatıb...” – Etibar Məmmədovdan Rusiyadakı səfirimizlə bağlı açıqlama
  • Cəmiyyət

  • "Artıq onun səfir vəzifəsindən geri çağırılmasının vaxtı çatıb”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ictimai qınağa səbəb olmuş son açıqlamalarına münasibət bildirərkən AMİP lideri Etibar Məmmədov deyib.


    Siyasətçi Rusiyadakı səfirimizi diplomat olaraq ekstremal vəziyyətlərə hazır olmamaqda günahlandırıb:

    "Polad Bülbüloğlu peşəkar diplomat olmadığından səfir kimi ekstremal vəziyyətlərə hazır deyil. Bildiyiniz kimi müharibə ekstremal vəziyyət hesab edilir. Diplomatlar da özlərini necə aparmaq, hansı məsələyə necə müasibət bildirməklə bağlı həmin vəziyyətə xüsusi hazırlıqlı olmalıdır. Polad Bülbüloğlu bu açıqlaması ilə özünün həmin vəziyyətə hazırlıqlı olmamasını ortaya qoydu. Ona görə də artıq onun səfir vəzifəsindən geri çağırılmasının zamanı yetişib”.

    Həmsöhbətimizin fikrincə Xarici İşlər Nazirliyində, ümumiyyətlə diplomatiya sahəsində ciddi islahatlara ehtiyac var:

    "Həm millilik, həm də peşəkar hazırlıqlıq baxımından çatışmazlıqlar var. Təəssüf ki, hələlik bu sahədə islahatlar zəif aparılır. Ona görə də diplomatlarımız ekstremal vəziyyətlərə hazır olmur. Bu səbəbdən Hikmət Hacıyevin Bülbüloğlu ilə bağlı dediyi irad düzgündür. Bu iraddan nəticə çıxarılmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər